VULKANİK ADALAR

dənizin dibində vulkan fəaliyyəti nəticəsində əmələ gəlmiş adalar (məs:Havay, Vozneseniya və s.). вулканические острова volcanic islands
VULKANIN FƏALİYYƏT FAZALARI
VULKANİK EROZİON ÇÖKƏKLİK
OBASTAN VİKİ
Adalar
Ada — hər tərəfdən su ilə əhatə olunmuş, materikə nisbətən kiçik, suyun qabarması zamanı belə su səthindən yüksəkdə olan, təbii yolla yaranan quru torpaq sahəsi. Okeanlarda, dənizlərdə, çaylarda, göllərdə qrup halında (arxipelaq) və ya tək-tək olur. Mənşəyinə görə adalar üç qrupa bölünür: Materik mənşəli adalar. Bunlar tektonik proseslər nəticəsində Yer qabığının çökməsi və ya parçalanması nəticəsində materikdən ayrılan hissələrdir. Məsələn, Qrenlandiya, Saxalin, Kalimantan, Yaponiya adaları, Madaqaskar, Şri-Lanka və sair Vulkanik mənşəli adalar. Bunlar püskürmələr nəticəsində əmələ gələn adalardır. Məsələn, Azov, İslandiya, Kanar və s. adalar litosfer tavalarının kənarlaşması, Kuril, Aleut, Marian və s. adalar zənciri isə materik və okean tipli litosfer tavalarının toqquşması nəticəsində əmələ gəlmişdir. Mərcan adaları.
Vulkanik ada
Vulkanik ada — vulkanın fəaliyyəti nəticəsində suyun dibindən yüksələrək səthdə əmələ gəlmiş ada. Praktika göstərir ki, vulkanın fəaliyyəti nəticəsində əmələ gələn adaların ətrafında çoxlu sayda digər adalar olur. Bunlara misal kimi Havay adaları, Kuril adaları, Kanar adaları Vozneseniya və s. Vulkanik adalar – dənizin dibində vulkan fəaliyyəti nəticəsində əmələ gəlmiş adalar. (rus. вулканические острова, ing. volcanic islands) Ada sualtı vulkanı xatırladır. Adaların əmələ gəlməsi bir necə dəfə baş verir. Çarlz Darvin ilk dəfə belə fikirə gəlmişdir ki, mərcan adaları öz növbəsində vulkanik məşəllidir. Belə ki, sualtı vulkanların üzərini mərcanlarla örtülür sonradan isə o dənizin çəkilməsi ilə səthə çıxır.
Vulkanik günbəzlər
Vulkanik və ya ekstruziv-eksploziv gümbəzlər müxtəlif ölçülü, hərdən yüzlərlə metr hündürlüyə çatan dəyirmi qübbəvari və sərt yamaclı relyef formaları olaraq, qatı lava kütləsinin vulkan kanalından sıxılıb çıxarılması nəticəsində yaranmışlar. Onlar özlüyündə həm geoloji (tektonik-maqmatik), həm də geomorfoloji obyektlər olub planetin qədim və müasir vulkanik-plutonik qurşaqları üçün səciyyəvidir və adətən heyrətamiz dərəcədə gözəl və cəlbedici görünüşə malikdirlər. Azərbaycan Respublikası hüdudlarında ətraf landşaftda üstünlük təşkil edən bu relyef formaları Kiçik Qafqazın şimal, şimal-şərq yamacları və cənub-şərq batımında, həmçinin Naxçıvan MR ərazisində kifayət qədər geniş inkişaf etmişlər. Bənzərsiz skulpturaya malik olan vulkanik gümbəzlərin bir qismi ölkənin geoloji irsinin siyahısında layiqincə təmsil edilmişdir.
Vulkanik şüşə
Vulkanik şüşə və ya vulkan şüşəsi (İng. Volcanic glass) – tez soyuma nəticəsində kristallama bilməyən soyumuş maqmatik ərintidir. O adətən effuziv süхurların tərkibinə daхil olur, bəzən isə bütövlüklə onu təşkil edir. O amorfdur, izotropdur. Rəngi qara, boz, qonurdur. Şlifdə rəngsiz, yaşılımtıl, qonurdur. Rəngi dəmirin oksidləşmə dərəcəsindən asılıdır. Vulkanik şüşənin tərkibi haqqında silisiumun miqdarı azaldıqca artan sıхlığı və sınma əmsalı ilə mülahizə yürütmək olar. Orta və əsəsi tərkibli vulkanik şüşələrin dəyişməsi nəticəsində onlar əksər hallarda хloritlə əvəz olunur, turş şüşələr isə kvarsın submikroskopik dənələrinə və çöl şpatlarına çevrilir. Onlar isə öz növbəsində pelit hissəciklərinə və serisitə çevrilir.
Adalar adası
Adalar adası (Adalar, Ağ daşlar, ukr. Адалари, Білі Камні, krımtat. Ada — ada)- Gurzuf yaxınlığında Qara dənizə məxsus iki qayalıqdan ibarət adadır. Bu söz Krımtatar dilindəki adalar və türk dilindəki ada sözlərindən əmələ gəlmişdir. Adalar kimi də tərcümə olunur. Ada sahildən təxminən 250 m məsafədə yerləşmişdir. Diametri 20–30 m arasındadır. Qayalıqların hündürlüyü — 35 və 48 metrdir. Onların arsındakı məsafə təxminən 40 m-dir. Qayalıqların yerləşdiyi dəniz hissəsinin dərinliyi 14 m-dən 38 m-ə qədərdir.
Adalar krallığı
Dəmir Adalar krallığı — vikinqlərin hücumları nəticəsində Hebrid adaları və Men adası ərazisində yaradılmış dövlət. Hökmdarları əslən Norveç kralları nəslindən gəlirdi. Vikinqlər bu adalara "Cənub adaları" mənasında Suðreyjar deyirdilər. Dövlətin son hökmdarı Maqnus Olafsson 1265-ci ildə şotlandlar tərəfindən öldürüldü və Adalar Krallığı Şotlandiyaya birləşdirildi.
Adalar qövsü
Adalar qövsü — əsasən bir-birinə yaxınlaşan iki tektonik plitə arasındakı sərhəd, paralel və yaxın olaraq yerləşdirilmiş, bir qövsdə düzülmüş, vulkan zəncirlərindən və bir çox adadan ibarət arxipelaq. Adalar qövsü konvergent tektonik plitə sərhədləri boyunca aşkar olunan intensiv seysmik aktivliyə malik aktiv vulkanların uzun zəncirləridir. Adalar qövslərinin əksəriyyəti okean yer qabığından yaranır və subduksiya zonası boyunca litosferin mantiyaya enməsi nəticəsində yaranmışdır. Bu adalar kontinental böyümənin əldə edilməsinin əsas yoludur. Zirvəsi su səthindən qalxaraq qövsvari adalar sırası əmələ gətirən sualtı dağ silsiləsi. Adalar qövsü tək və qoşa olur. Sonuncular iki bir-birinə paralel sıra dağlardan ibarətdir: daxili — vulkan və xarici — qırışıqlıq dağlardan təşkil olub dağarası novla ayrılırlar. Adalar qövsü müasir mütəhərrik əyalətlərin bir hissəsi olub, qitədən okeana keçid zonasında yerləşir; bunlarla kənar geosinklinal dənizlərin dərin çökəklikləri, dərin okean novları və kənar okean tirələri (valları) əlaqədardır. Adalar qövsü aktiv vulkanik (əsasən andezit tərkibli) və seysmik fəaliyyətlə, eləcə də Yer qabığının kəskin şaquli hərəkətləri və parçalanmış relyeflə səciyyələnir. Bunlar qədim geosinklinal əyalətlərin geoantiklinal qalxımlarının və ya dağ silsilələrinin analoqu hesab edilir.
Sədd adalar
Sədd adalar (Baryer adalar) — sahilə paralel uzanan, ensiz və uzun formaya malik olaraq əsasən qumdan ibarət olan ada. Adəti üzrə bu adalarda zəncirvari şəkildə bir necə və yaxudda onlarla adanın bir istiqamət üzrə düzülməsini müşahidə etmək olar. Bu tip adaları eni və uzunluğu sahilin quruluşu, axınlar, dalğanın güçü, dənizin səviyyəsi və suxurun tərkibindən asılıdır. Onlar bəzən 100 kilometrlərlə uzana bilir. Dünyada ən uzun və enli sədd adası Padredir.
Yeddi adalar
Yeddi adalar (rus. Семь островов) — Barens dənizində 7 adadan ibarət olan arxipelaq. Kola yarımadasından bir qədər aralıda, Xarlovka çayının mənsəbinin qarşı tərəfində yerləşir. Əsas qrup 5 adadan ibarətdir. Onlar materikdən Yeddiada Reydi boğazı ilə ayrılır. Bura Xarlovka, Veşyanka, Böyük və Kiçik Zelensov və kuvşina adaları daxildir. Liski adalarına daxil olan 2 ada isə 8 km cənub-şərqdə yerləşir. Birinci qrupa daxil olan adalar əsasən daşlıqlardan ibarətdir. Sahilləri hündür, ərazisi meşəsiz və boşdur. Ən iri adaları Xarlov və Veşnyakdır.
Qarabağ vulkanik yaylası
Qarabağ vulkanik yaylası (azərb. Qarabağ vulkanik yaylası‎, erm. Ղարաբաղի բարձրավանդակ) — Qarabağ vulkanik yaylası Kiçik Qafqazın şərqində, Zəngəzur silsiləsi ilə Qarabağ silsiləsi arasında yerləşir. Qarabağ vulkanik yaylasından başlayan çaylar əsasən Araz çayı hövzəsinə aid olsa da, iri Tərtərçayı Kür çayı hövzəsinə aiddir. Ermənistan yaylasının tərkib hissəsini təşkil edir. Yayla üzərində çoxlu sayda sönmüş vulkan konusları vardır. Yaylanın ən hündür nöqtəsi Dəlidağ zirvəsidir (3616 m). Əsasən vulkanik dağ süxurlarından təşkil olunmuşdur. Ərazisi palıd meşələri və dağ çölləri ilə örtülür. Azərbaycanın Laçın və Kəlbəcər rayonlarını əhatə edir.
Adalar arası dəniz
Adalar arası dəniz — halqavari şəkildə adalarla ( və ya qayalıqlarla) əhatələnmiş və okeanın digər hissələrindən ayrılmış dənizlərə deyilir. Adalar arası dənizlərin böyük qismi Malay arxipelaqına daxil adaların arasında yerləşir. Adalar arası dənizlər: Filippin dənizi, Yava dənizi, Banda dənizi, Sulavesi dənizi, Solomon dənizi, Daxili Yapon dənizi, Aki dənizi, Sulu dənizi, Bismark dənizi, Halmahera dənizi, Mindanao dənizi, Koro dənizi, İrland dənizi və s. Geostruktur baxımından çağdaş Geosinknal bölgələrdə yerləşir.
Aldabra (adalar qrupu)
Aldabra adaları — Xarici Seyşel adalarının bir hissəsidir. Aldabra qrupu adaların cənub-qərbində, Mae adasında yerləşən paytaxt Viktoriyadan 1000 kilometr (620 mil) məsafədə yerləşir. Qrupda 3 məskubnlaşılmış və 1 məskunlaşılmamış ada var. Hazırda əsas yaşayış məskəni böyük bir hərbi bazanın inşasının davam edildiyi Assampşen adasında yerləşir. Digər kənd isə Aldabradakı Aldabra Araşdırma Stansiyasıdır. Yalnız 2 nəfərdən ibarət olan ən kiçik kənd Astov adasındadır. Menai adasında isə tərk edilmiş kənd, Kosmoledo yerləşir. Aldabra adalar qrupunun ümumi sahəsi 180,03 km²-dir.
Daş adalar qövsü
Daş adalar qövsü Xəzər dənizində yerləşən adalar qrupu. Qövsdə irili-xırdalı 10-a (8) yaxın ada var. Bunlardan Daxili daş və Orta daş adaları iriliklərinə görə fərqlənir. Orta daş adası Daxili daş adasından 2,4 km cənubda yerləşir. Qövs "S-vari" quruluşa malik olub simaldan cənuba doğru uzanır. Burada qövs sualtı adalar vasitəsilə bir-birinə birləşir. Sahilə yaxınlığı ilə səciyələnir. Şimaldan cənuba uzanması onlara təbii dalğaqıran rolu oynamağa imkan verir. Tektonik məşəlli olmasıla səciyyəvidir. Uzun ensiz formaya malikdirlər.
Polad Adalar (1985)
Qövsvari adalar sistemi
Qövsvari adalar sistemi (rus. система островных дуг, ing. system of island arcs) — materiklə okeanının birləşdiyi mobil zonada müşahidə edilən mürəkkəb struktur kompleksdən təşkil olunmuş tektonik vahid; bir, iki, bəzən üç cərgə adalar və sualtı yüksəkliklər zəncirindən, qövsün xarici (okean) tərəfində dərin su novlarından və daxili tərəfində kənar dənizlərin dərin çökəkliklərindən ibarət olur. Q.a.s. üçün aktiv vulkanizm və yüksək seysmiklik səciyyəvidir.
Sualtı adalar qövsü
Sualtı adaları (bəzən Pirsaat adaları və ya Pirsaat daş adaları adlanır)— Xəzər dənizində Bakı arxipelaqında yerləşən Azərbaycana məxsus adalardır. Ən iri adaları Baburi və Qutan adalarıdır. Qutan və Baburi adaları arasınada məsafə 4 km təşkil edir. Tektonik məşəllidir. Taman yarımadasından Böyük Qafqaz dağ silsiləsi ilə sualtı qalxmalarla Türkmənistana qədər davan edən Ön Qafqaz qalxmasının bir hissəsidir. Pirsaat buxtasında yerləşir. Ümumilikdə 9 adadan ibarətdir. Qövsə daxil olan adalar şərqdən qərbə 7 km məsafədə yerləşir. Əsasən kiçik adlardan ibarətdir. Bəzi adalarında uzunluq 2 km təşkil etsə də, çox ensizdir.
Undara Vulkanik Milli Parkı
Undara Vulkanik Milli Parkı (ing. Undara Volcanic National Park) — Avstraliyanın Şimali Qvinslend bölgəsində yerləşən, vulkan tunelləri və qiymətli xammalı ilə məşhur milli park. Milli park ay daşı, topaz, peridot, qızıl, qranat, beril, kvars ilə zəngindir. Milli parkda dünyanın ən uzun lava tunelləri yerləşir. Milli parka ən yaxın şəhərlər Taunsvill, Mount Suprayz və Kernsdir. Milli park Makbrayd vulkanik rayonunda yerləşdiyindən burada 164 vulkan, konus və krater vardır. Lava tunelləri uzunluğuna görə dünyada birincidir. "Undara" sözü aborigen mənşəli söz olub "uzun yol" deməkdir. Bu ərazilərdə vulkanik aktivlik 190.000 milyon il əvvəl baş vermişdir. 55 km2 sahini örtən 23 milyon m3 lava yer üzünə püskürmüşdür.
Abşeron yarımadası ətrafı adalar
Abşeron yarımadasının ətrafında şm.-da Abşeron və c.-da Bakı arxipelaqlarına daxil olan çoxlu sayda adalar mövcuddur. Pirallahı, Çilov, Böyük Tava, Kiçik Tava və s. adalar Abşeron arxipelaqına, Böyük Zirə, Daş Zirə, Kiçik Zirə (və ya Qum (ada)), Zənbil, Səngi Muğan, Çigil, Gil, Qarasu, Xərə Zirə, Daşlı ada, Qumani,Kür daşı və s. adalar Bakı arxipelaqına aiddirlər. Böyük Zirə, Daş Zirə, Qum və ya Kiçik Zirə adaları bəzən Bakı Körfəzi (buxtası) adaları kimi göstərilir. Ən böyük ada Pirallahı (sahəsi təqr. 15 km2, uz. 12 km, eni 4 km-ə qədərdir.), ən ş.-də yerləşən ada Çilovdur.Abşeron və Bakı arxipelaqları akvatoriyalarında həmçinin çoxlu dayazlıqlar və ya saylar (sualtı adalar) (Abşeron, Balaxnın, Darvin, Neft Daşları, Kür və s.) vardır. Hər iki arxipelaqa daxil olan adaların mənşəyi qədimlərə gedib çıxır. Adların əksəriyyətində rast gəlinən "Zirə" sözü ərəbcə ada mənasını verən "cəzirə" sözündən götürülüb.
Polad adalar (film, 1985)
Adalar sahildə yaranır (film, 1988)
Adalar sahildə yaranır filmi rejissor Rais İsmayılov tərəfindən 1988-ci ildə çəkilmişdir. Film Azərbaycantelefilmdə istehsal edilmişdir. Film Bakı Dərin Özüllər Zavodunun fəaliyyətindən, fəhlələrin çətin və təhlükəli əməyindən bəhs edir. Zavod filmin adından da göründüyü kimi Xəzərdə yaradılan dəmir adaların mənbəyini təşkil edir. Həmçinin, zavodun yanında fəaliyyət göstərən, peşəkar qaynaqçılar yetişdirən peşə-texniki məktəbinin fəaliyyəti filmdə öz əksini tapmışdır. Film Bakı Dərin Özüllər Zavodunun fəaliyyətindən, fəhlələrin çətin və təhlükəli əməyindən bəhs edir. Zavod filmin adından da göründüyü kimi Xəzərdə yaradılan dəmir adaların mənbəyini təşkil edir. Həmçinin, zavodun yanında fəaliyyət göstərən, peşəkar qaynaqçılar yetişdirən peşə-texniki məktəbinin fəaliyyəti filmdə öz əksini tapmışdır.
Qarabağ vulkanik yaylası fiziki-coğrafi rayonu
Rayon ərazisi Həkəri, Tərtər çaylarının yuxarı axınlarında və suayrıcılarında yerləşib, mütləq yüksəkliyi 1700-1800 m- lə 3600 m arasında dəyişir. Şimalda Murovdağ, şərqdə Qarabağ silsiləsi və qərbdə Ermənistan ərazisi ilə sərhədlənir. Ərazisi əsasən Poliosen - Dördüncü dövrün vulkan püskürmə materiallarından (lava) təşkil olunmuşdur. Bu süxurlarda qar və yağış suları intensiv olaraq daxili qatlara süzüldüyündən səth axımı nisbətən zəifdir və ərazidə su qıtlığı yaradır. Səth axımına yalnız çay dərələrində çaylar, bulaqlar şəklində təsadüf olunur. Vulkanik yaylada 20-yə yaxın vulkan və buzlaq mənşəli kiçik yüksək dağ gölləri vardır. Vulkan lavalarının fiziki - mexaniki parçalanması sayəsində çınqıllıqlar və daşlıqlar burada geniş sahə (100 km2) tutur və dağ çəmənliklərinin məhsuldarlığına əsaslı təsir göstərir. Ərazi alp, subalp və subnival – qayalıq landşaft komplekslərindən təşkil olunub, yay otlaqları kimi geniş istifadə olunur. Rayon ərazisində yerləşən Kəlbəcər İstisuyunun böyük müalicə və dağ - iqlim kurort əhəmiyyəti vardır. Lakin mühüm müalicə əhəmiyyətinə malik olan bu sudan onun imkanına nisbətən çox az istifadə olunur.